Türkiyənin “Göztəpə” klubu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin transferində israrını davam etdirir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Superliqa təmsilçisi sol cinahdakı boşluğu Azərbaycan millisinin üzvü ilə doldurmaq niyyətindədir.

“Göztəpə”də hədəf növbəti mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaqdır. Klub həm millidə, həm də “Qarabağ”da zəngin beynəlalq təcrübəyə malik 25 yaşlı Cəfərquliyevin komandanı gücləndirəcəyinə və daha yüksək dinamika qatacağına inanır.

Lakin müdafiəçinin transferi üçün ilk növbədə “Qarabağ”la anlaşmaq şərtdir. Çünki oyunçunun ağdamlılarla gələn ilin yayına qədər olan müqaviləsi davam edir.

Shares: