İspaniya millisi Avstriyanı bütün komponentlərdə üstələyib.

Futbolinfo.az xəbər verir ki, bunu ispanların baş məşqçisi Luis de la Fuente Avstriyaya qarşı keçirdikləri DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:

“Əvvəlki matçlardan nəticə çıxarmışdıq və demək olar ki, oyunun bütün komponentlərində rəqib komandanı üstələdik. Bununla belə, hələ də üzərində işləməli olduğumuz kiçik məqamlar var. Hər zaman daha yaxşı oynaya bilərik. Qarşıdakı hər matç əvvəlkindən daha çətin olacaq. Buna görə də bu düşüncə tərzini və yanaşmanı qoruyub saxlamalıyıq”.

Qeyd edək ki, İspaniya Avstriya seçməsinə 3:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

Shares: