“Brayton” heyətinə yeni müdafiəçi cəlb edib.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu Avstriya millisinin üzvü Mixael Svoboda ilə müddəti 2029/30 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzaladığını rəsmi saytı vasitəsilə açıqlayıb.

“Brayton” 28 yaşlı futbolçunu “Venesiya”dan transfer edib. Avstriyalı müdafiəçi 2020-ci ildən İtaliya təmsilçisinin formasını geyinirdi.

Svoboda ötən mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Brayton” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasını 53 xalla turnir cədvəlinin 8-ci pilləsində başa vuraraq, UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Shares: