“İmişli” baş məşqçi postuna Fərid Namazovu təyin edib.

Futbolinfo.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

Fərid Namazov “İmişli”yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Shares: