Portuqaliya millisi Xorvatiya üzərində qələbəni Dioqu Jotaya həsr edib. Bunu komandanın baş məşqçisi Roberto Martines DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.

Təcrübəli mütəxəssis qələbənin onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Mesajımız o idi ki, hamımız hazırıq və dünya çempionatı bizim üçün bu gündən başlayır. Meydana yüksək temp, böyük əzm və qürur hissi ilə çıxmaq vacib idi. Bu komanda çox xüsusidir. Bu gün həm Rikardu Karvalyonun atasına, həm Dioqu Jotaya, həm də bütün Portuqaliya xalqına görə xüsusi əhəmiyyət daşıyırdı. Qələbəni onlara həsr edirik. Böyük məmnunluq və qürur hissi keçiririk. İndi isə diqqətimizi bərpaya yönəltməliyik, çünki növbəti oyun çox yaxındır”.

Xatırladaq ki, Portuqaliya yığmasının futbolçusu Dioqu Jota ötən ilin bu günü avtomobil qəzasında həlak olub.

Portuqaliya Xorvatiya seçməsinə 2:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

Shares: