Futbol üzrə dünya çempionatında daha bir əzmkar qələbə qeydə alınıb. Gecənin əsas matçında Portuqaliya Xorvatiyanı məğlub edərək mübarizədən kənarlaşdırıb.

Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında portuqaliyalılar 2:1 hesablı qələbəyə seviniblər.

Hesabı xorvatlar açıb. 53-cü dəqiqədə İvan Perişiç diqqət mərkəzinə düşüb. Lakin geridönüş etməyi bacaran portuqaliyalıların heyətində Kriştianu Ronaldu (68-pen.) və Qansalu Ramuş (90+4) fərqləniblər.

Portuqaliya millisinin 1/8 finaldakı rəqibi İspaniya olacaq.

Shares: