Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, komandanı bundan sonra Angelos Postekoqlu çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avstraliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

60 yaşlı məşqçi son olaraq İngiltərədə “Tottenhem” və “Nottingem Forest” komandalarına rəhbərlik edib.

“Əl-Nəsr”i ötən mövsüm portuqaliyalı Jorje Jezus çalışdırırdı.

Shares: