Azərbaycan millisi Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular arasında keçiriləcək beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

İyulun 15-də start götürək və dörd gün davam edəcək turnirdə məşqçilər korpusu 20 boksçunu sınaqdan keçirəcək.

Yarışa Azərbaycan və ev sahibləri ilə yanaşı, Qazaxıstan, İsrail və Ermənistan milli komandaları qatılacaqlar.

Qeyd edək ki, bu gün Gürcüstana yollanan boksçular iyulun 19-da Bakıya qayıdacaqlar.

Shares: