Braziliya prezidenti Luis İnasiu Lula da Silva dünya çempionatından sonra milli komanda ilə birlikdə vətənə qayıtmayan futbolçuları sərt tənqid edib.

O, bunun qəbuledilməz olduğunu söyləyib: “Nümayəndə heyəti xeyli insanla yola düşdü, amma geri qayıdanda təyyarədə demək olar ki, heç kim yox idi. Ayıbdır. Milli komandanın təyyarəsində cəmi bir futbolçu var idi.  Əgər qalib gəlsəydilər, indi burada hamı rəqs edirdi”.

Xatırladaq ki, Braziliya millisi dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bununla da komanda XXI əsrdə dünya çempionatlarındakı ən uğursuz nəticəsini göstərib.

Shares: