Kolumbiya millisinin yarımmüdafiəçisi Xaminton Kampas dünya çempionatından sonra aldığı təhdidlər səbəbindən yığma ilə birlikdə vətəninə qayıtmayıb.
O, dünya çempionatının 1/8 finalında İsveçrəyə qarşı keçirilən oyunun 115-ci dəqiqəsində əlverişli vəziyyətdə olmasına baxmayaraq, topu qapıya vura bilməyib. Cənubi Amerika təmsilçisi daha sonra penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Bundan sonra Kampas və ailəsi təhdidlər almağa başlayıb. Futbolçu bu hədələri ciddi qəbul etdiyi üçün vətəninə qayıtmamaq qərarı verib.
Xatırladaq ki, ABŞ-də keçirilən DÇ-1994-də Kolumbiya millisinin futbolçusu Andres Eskobar qrup mərhələsində ABŞ yığması ilə oyunda topu öz qapısından keçirdikdən sonra vətənə qayıtdıqdan sonra qətlə yetirilmişdi.
