“Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşıb.

Lendava stadionunda keçirilən matç Xorvatiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Yuri Vernidubun komandası bunadək Serbiya “Partizan”ına 0:1, Rumıniya “ÇFR Kluj”una 1:2 hesabı ilə uduzub, Serbiyanın “Radniçi NİŞ” komandasına isə 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, toplanışı başa vuran paytaxt təmsilçisi bundan sonrakı hazırlığı Bakıda davam etdirəcək.

Shares: