“Strasburq”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Fransa təmsilçisini Hüqo Oliveyra çalışdıracaq. 41 yaşlı portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Oliveyranın son iş yeri Portuqaliyanın “Famalikan” klubu olub. Komanda onun rəhbərliyi altında ölkə çempionatını 5-ci pillədə başa vuraraq tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Shares: