Qambiyalı futbolçu Maudo Jarjue Azərbaycana qayıdıb.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, 28 yaşlı mərkəz müdafiəçisi növbəti mövsümü Premyer Liqada keçirəcək. Belə ki, Jarjue elitanın debütantı “Şəfa” ilə anlaşıb.

Sabiq “Səbail”li yeni komandası ilə müqavilənin bütün şərtlərini razılaşdırıb. İndi yalnız rəsmi sözləşməyə qol çəkmək qalır. Jarjue bu həftə Bakıya gələrək, “Şəfa”ya keçidini rəsmiləşdirəcək.

Qeyd edək ki, Maudo Jarjue ötən mövsüm Şimali Makedoniyanın “Struqa” klubunda çıxış edib. Qambiya millisinin sabiq üzvü 2017-2019-cu illərdə “Səbail”in formasını geyinib.

Shares: