“Qarabağ”dan Şotlandiyanın “Seltik” klubuna transfer olunan Kamilo Duranın ilk məşqçisi Sebastyan Botero onunla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis kolumbiyalı yetirməsinin psixoloji keyfiyyətlərinin yüksək olduğunu deyib.

“Kamilo həmişə bir qədər üsyankar olub. Buna görə də təzyiq onu zəiflətmir, əksinə, daha da gücləndirir. O, tez əsəbiləşən, dəcəl və hamı ilə dalaşmağı sevən uşaq idi. Hamı vəziyyətin onun əleyhinə olduğunu düşünəndə beləə hər şeyi öz xeyrinə dəyişmək üçün əlindən gələni edir”, – deyə Botero bildirib.

images 6 3 - Futbolinfo.az

Qeyd edək ki, “Qarabağ”ın bu transferdən 5,5 milyon funt-sterlinq qazandığı bildirilir. Kamilo Duran ötən mövsüm bütün turnirlərdə keçirdiyi 45 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə verib.

Shares: