Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-da komandanın hücumlarında ən fəal iştirak edən futbolçu olub.
Futbolinfo.az xəbər verir ki, 39 yaşlı forvard mundial ərzində komandasının 54 hücum epizodunda birbaşa pay sahibi olub. O, 33 zərbə vurub, 21 qol vəziyyəti yaradıb.
Bu göstərici 1986-cı ildən bəri dünya çempionatlarında bir futbolçu üçün ən yaxşı nəticədir. Həmin mundialda Dieqo Maradona 29 zərbə vurmuş, 30 qol epizodu yaratmışdı.
Qeyd edək ki, Maradonanın liderlik etdiyi Argentina millisi DÇ-1986-nın qalibi olmuşdu.
