“Atalanta” Edersona 5 illik yeni müqavilə təklif etməyə haırlaşır. Berqamolular Brazilya yığmasının üzvünü bu şəkildə yenidən motivasiya etməyə çalışır.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi “Mançester Yunayted”ə satılmaq üzrə idi. İngilislər bütün şərtlərdə tam razılaşdığı oyunçudan son anda imtina etdi. Baş məşqçi Maykl Kerrik onun öz oyun dəst-xəttinə uyğun gəlmədiyini bildirərək rəhbərliyi fikrindən daşındırdı.

27 yaşlı Ederson 4 il öncə “Salernitana”dan 23 milyon avroya transfer edilib. Onun hazırkı anlaşması növbəti mövümün sonunda bitəcəkdi.

Shares: