Slaven Biliç Xorvatiya milli komandasının baş məşqçi postuna qayıtmağa yaxındır.

57 yaşlı çalışdırıcı artıq milli komanda ilə əməkdaşlığın şərtlərini razılaşdırıb. Onun təyinatının yaxın 24 saat ərzində rəsmən açıqlanacağı gözlənilir.

Slaven Biliç daha əvvəl, 2006–2012-ci illərdə Xorvatiya yığmasına rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2008-ci il Avropa çempionatının 1/4 finalına yüksəlib.

Xorvatiyalı mütəxəssis 2013-15-ci illərdə Türkiyənin “Beşiktaş” klubunu da çalışdırıb. İstanbul təmsilçisi onun başçılığında 2 dəfə Superliqada 3-cü yeri tutub. Biliçin son iş yeri isə 2024-cü ildə ayrıldığı Səudiyyə Ərəbistanının “Əl-Fəth” klubu olub.

Xatırladaq ki, xorvatlar DÇ-2026-da çıxışını başa vurduqdan sonra Zlatko Daliç postundan istefa verib.

Shares: