Dieqo Forlan Uruqvay milli komandasının baş məşqçisi vəzifəsinə təsdiqlənib. Bu barədə “Marca” nəşri Uruqvay Futbol Assosiasiyasının (UFA) rəhbəri İqnasio Alonsoya istinadən məlumat yayıb.
Müqavilə 2027-ci ilin martınadək bağlanıb. Müddət başa çatdıqdan sonra assosiasiya Forlanla gələcək əməkdaşlıq barədə qərar verəcək. Bu, UFA-nın qarşıdan gələn prezident seçkiləri ilə əlaqədardır. Belə ki, təşkilat hələlik uzunmüddətli müqavilə imzalamağa hazır deyil.
Forlan bu postda 2023-cü ildən komandaya rəhbərlik edən Marselo Byelsanı əvəzləyib. Argentinalı mütəxəssisin rəhbərliyi altında yığma 2026-cı il dünya çempionatına vəsiqə qazansa da, heç bir qələbə qazanmayaraq çıxışını qrup mərhələsində başa vurub. Qrupda uruqvaylılar Səudiyyə Ərəbistanı (1:1) və Kabo Verde (2:2) yığmaları ilə heç-heçə edib, həmçinin İspaniya komandasına (0:1) məğlub olublar.
47 yaşlı Forlan 2019-cu ilin dekabrında Uruqvayın “Penyarol” klubunun baş məşqçisi vəzifəsini tutub, lakin 2020-ci ilin sentyabrında vəzifəsindən kənarlaşdırılıb. 2021-ci ilin martında mütəxəssis Uruqvayın “Atenas” komandasını qəbul edib və orada yarım il çalışıb. Uruqvay yığmasının heyətində 112 oyuna 36 qol vuran keçmiş hücumçu hazırda paralel olaraq U-21-ə də rəhbərlik edir.
