“Neftçi” bu gün təlim-məşq toplanışında olduğu Sloveniyada son yoxlama oyununu keçirəcək. Bakılılar Xorvatiyanın “Osiyek” komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Matç Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda start götürəcək.
Xatırladaq ki, “ağ-qaralar” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub. Bakı təmsilçisi Serbiyanın “Radniçi NİŞ” kollektivini 3 cavabsız qolla üstələyib.
