“Qəbələ”nin yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq müddətində 5 matçda meydana çıxacaq.
Komandanın ilk oyunu iyulun 14-də “Kəpəz”ə qarşı olacaq. Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.
Qeyd edək ki, yalnız “Sumqayıt”la oyun rəqib meydanında keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq.
