Yan Zommer işsiz qalmayacaq. “İnter”dən ayrılan isveçrəli qapıçı yeni iş yeri tapıb.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubundan azad agent kimi ayrılan qolkiperə “Brügge” müştəri düşüb. Belçika klubu 37 yaşlı qapıçı ilə bütün şərtlərdə razışlaşıb. Brüssellilər tezliklə transferi rəsmən elan edəcək. Zommerin İspaniyadan da bir neçə təklifi var idi. Amma o, əsas heyətdə oynamaq vədi verilən “Brügge”ni seçib.

9 il Münhenqladbax “Borussiya”sında oynayan Yan “Bayern” və “İnter”də çıxış etdikdən sonra Belçikaya yollanır.

Shares: