ABŞ və Belçika arasında keçirilən DÇ-2026-nın 1/8 final oyunu ABŞ-ın idman mərc bazarı tarixində ən populyar futbol hadisəsi olub. Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
“BetMGM” bukmeyker şirkətinin məlumatına görə, görüşə edilən mərc həcmi 2026-cı il mövsümünün kollec futbolu pley-off oyunlarının, NCAA basketbol finalının, həmçinin MBA final seriyası, Stenli Kuboku və MLB Dünya Seriyasının istənilən ayrı-ayrı oyunundan daha yüksək olub.
Şirkət oyunun yerli vaxtla ən çox izlənilən saatlarda keçirilməsinin də mühüm rol oynadığını vurğulayıb.
“FanDuel” platformasında isə ABŞ – Belçika qarşılaşması həm iştirakçıların sayına, həm də mərc həcminə görə platformanın tarixində bütün futbol oyunları arasında rekord göstərici qeydə alıb. Bu oyuna mərc edən müştərilərin sayı əvvəlki futbol rekordunu iki dəfədən çox üstələyib, mərc həcmi isə ABŞ millisinin turnirdəki ilk oyununa nisbətən 72 faiz çox olub.
Bukmeykerlər bildiriblər ki, müştərilərin böyük əksəriyyəti ABŞ millisinin qələbəsinə mərc edib. Belçikanın 4:1 hesablı qələbəsi isə bu qarşılaşmanı dünya çempionatının bukmeykerlər üçün ən gəlirli oyunlarından birinə çevirib
