“Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya 1-ci liqasında növbəti məğlubiyyətini alıb. Komanda dünən 14-cü tur matçında öz meydanında “Fylkir”ə 2:5 hesabı ilə yenilib.
Bu məğlubiyyətdən sonra “Vestri” 14 oyundan sonra 21 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Reykyavikdə keçiriləcək “Vestri” – “Qarabağ” oyunu yerli vaxtla iyulun 16-ı saat 20:00-da, Bakı vaxtı ilə iyulun 17-si saat 00:00-da başlayacaq. İlk matçda “Qarabağ” 3:0 hesabı ilə qələbə qazanıb.
