Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor”un baş məşqçisi Mustafa Er fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında yeni transferləri dəyərləndirib: “Toplanışı yüksək səviyyədə keçirik. Həm taktiki, həm də oyun baxımından nələr bacardığımıza baxırıq. Çünki komandada yeni oyunçular var. Kollektivə 7 transfer cəlb olunub. Onların hər biri yüksək səviyyəli futbolçulardır, bəziləri milli komandalarında çıxış edir. Onlardan gözləntilərimiz böyükdür. Doğru transferlər həyata keçirdik və onların da köməyi ilə hədəfimiz I Liqanı çempion kimi tamamlayaraq Superliqaya vəsiqə qazanmaq olacaq”.

Baş məşqçi daha iki transfer reallaşdıracaqlarını vurğulayıb.

Shares: