Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək.
Bu barədə Futbolinfo.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Zaqatala Olimpiya-İdman Kompleksində təşkil olunacaq yarışın baş hakimi Azər İbrahimov olacaq. Respublika Şahmat Olimpiadası avqustun 3-11-i aralığında baş tutacaq.
