“Barselona”ya bəd xəbər var. Komandanın aparıcı oyunçusu dünya çempionatından zədəli qayıdıb.

Futbolinfo.az xəbər verir ki, Frenki de Yonq Niderland millisinin heyətində ağır zədə alıb. Həkimlər müayinələrin yekun nəticəsini yalnız indi açıqlayıb. Və bəlli olub ki, yarımmüdafiəçi azı 4 ay futbol oynamayacaq.

İlk vaxtlar de Yonqun qısa zamanda geri qayıdacağı proqnozlaşdırılırdı. Lakin onun əzələ bağlarının ciddi xəsarət aldığı aşkarlanıb.

Shares: