Şotlandiyanın “Seltik” komandası yoxlama oyununda qüvəsini sınayıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda Portuqaliya təmsilçisi “Sportinq”lə qarşılaşıb.

Oyun “Seltik”in 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Şotlandların bu oyundakı yeganə qolunu isə 69-cu dəqiqədə Kamilo Duran vurub.

Xatırladaq ki, “Seltik” Kamilonu bir neçə gün öncə “Qarabağ”dan transfer etmişdi. Bu, kolumbiyalı futbolçunun Şotlandiya komandasının heyətindəki ilk oyunu idi.

(Qolun videosunu teleqram səhifəmizdə izləyə bilərsiz)

Shares: