“Araz-Naxçıvan”ın son transferi Mara Mohamed Premyer Liqa klubuna azad agent kimi keçib.
Futbolinfo.az Afrika mətbuatına istinadən xəbər verir ki, yenə də 30 yaşlı hücumçu naxçıvanlıları müəyyən qədər xərcə salıb.
Məsələ burasındadır ki, Qvineya millisinin sabiq üzvünün Taylandın “Kançanaburi” klubu ilə müqavilə müddəti başa çatıb. Lakin məlumata görə, “Araz-Naxçıvan” oyunçunu razı salmaq üçün onun özünə müəyyən məbləğdə keçid haqqı ödəyib.
Mohamedin transfer dəyəri 350 min avroya bərabər hesab edilir. Ancaq Azərbaycan təmsilçisi onu bundan qat-qat aşağı məbləğə ölkəmizə gətirib.
Qeyd edək ki, Mara Mohamed “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalayıb.
