Azərbaycan atleti Ramil İsmayılov İtaliyanın Rieti şəhərində keçiriləcək U-18 Avropa çempionatında iştirak edəcək.
Bu barədə Futbolinfo.az-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
R.İsmayılov üçtəkanla tullanma növündə mübarizə aparacaq.
Xatırladaq ki, yarış 16-19 iyul aralığında baş tutacaq.
