“Qalatasaray” yeni mövsüm öncəsi heyətlə bağlı qeyri-müəyyənlik içindədir. Transfer bazarında rəqiblərindən geri qalan çempion komandada olanlarla da bağlı çətinliklər yaşayır.
Bir neçə gün əvvəl Mario İkardinin Türkiyə klubunu azad agent kimi tərk edəcəyi bəlli olmuşdu. İndi isə onun adaşı Maria Lemina İstanbuldan ayrılmaq qərarına gəlib.
İlk danışıqlarda “Qalatasaray”ın yeni müqavilə təklifinə müsbət cavab verən Lemina imza mərasimi öncəsi keçirilən son görüşdə fikrini dəyişərək anlaşmadan boyun qaşırıb. Klub rəhbərliyi isə futbolçuya son şərtlərini təqdim edib. Əgər Mario “Qalatasaray”ın təklif etdiyi bu şərtləri qəbul etməsə, tərəflər arasında yollar birdəfəlik ayrılacaq.
Qeyd edək ki, Lemina ötən mövsüm 41 oyunda meydanda olub və 3 qol vurub. 32 yaşlı Qabon əsilli fransalı ötən mövsümün əvvəlində “Vulverhempton”dan 2,5 milyon avroya alınmışdı.
