Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Vestri” (İslandiya) – “Qarabağ” oyunundan (0:3) sonra Ağdam komandasnın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə bunları deyib:

“Yaxşı oyun alındı. Uzun yol qət etməyimizə baxmayaraq, qalibiyyət çox vacib idi. İki matçda 6 qol vurmaq və qol buraxmamaq yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm. Qarşıda bizi CSKA ilə oyunlar gözləyir. Sabahdan etibarən Bolqarıstan təmsilçisi ilə yaxından maraqlanacağıq. Bu rəqiblə görüşə daha yaxşı hazırlaşmağa çalışacağıq. Buna vaxtımız olacaq. Növbəti qarşılaşmaya qədər daha yaxşı forma yığacağımıza inanıram. Fürsətdən istifadə edərək, avrokuboklarda mərhələ adlayan digər təmsilçilərimiz “Sabah” və “Zirə”ni də təbrik edirəm. Azərbaycan klubları 6 oyunun hamısında qələbə qazandılar. Bu, əmsallarımızın artmasına gətirib çıxarır. Komandalarımıza qarşıdakı mərhələlərdə uğurlar arzulayıram”.

Shares: