“Leypsiq” daha bir oyunçusunu itirəcək. Almaniya klubu Ksaver Şlageri heyətində saxlaya bilməyib.

Futbolinfo.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi Bundesliqa klubunun yeni müqavilə təklifini qəbul etməyib. O, “Nottingem Forest”ə azad agent kimi keçəcək.

28 yaşlı avstriyalı İngiltərə klubu ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb. Transferin tezliklə açıqlanması gözlənilir.

Shares: