Böyük Britaniyanın “The Telegraph” nəşri 2026-cı il dünya çempionatının yarımfinalında Argentina ilə İngiltərə arasında keçirilən oyunda (2:1) Cənubi Amerika təmsilçisinin 31 kobud hərəkət etdiyini iddia edən məqalə dərc edib.

Yazıda bildirilir ki, argentinalılar görüşün ilk 11 dəqiqəsində 5 dəfə kobud qayda pozuntusuna yol veriblər. Bundan sonra, ilk hissənin sonuna, o cümlədən əlavə olunmuş vaxta qədər komandanın daha 13 kobud epizodu qeydə alınıb.

Nəşr həmçinin Argentina millisinin kapitanı Lionel Messinin fasilə zamanı matçın baş hakimi İsmayıl Əlfətlə söhbətinə də ayrıca diqqət çəkib.

Məqalədə ikinci hissədə də Argentina futbolçularının, əlavə olunmuş dəqiqələr də daxil olmaqla, 9 kobud hərəkət etdiyi vurğulanır. Bundan başqa, final fitindən sonra futbolçular arasında yaşanan qarşıdurma və Argentina azarkeşlərinin komandanın qələbəsini qeyd edərkən nümayiş etdirdiyi siyasi məzmunlu banner də ayrıca qeyd olunub.

Nəşrin hesablamasına görə, Argentina millisinin heyətində ən çox kobud hərəkət edən futbolçu 6 epizodla hücumçu Culiano Simeone olub. Leandro Paredes 4, Aleksis MakAllister və Entso Fernandes isə hərəyə 3 kobud qayda pozuntusu ilə siyahıda yer alıblar.

Shares: