“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, 1-ci təsnifat mərhələsində Gürcüstan komandası “Torpedo” ilə mübarizə aparan Azərbaycan təmsilçisi ilə bu rəqibi ilə səfərdə qarşılaşacaq.
Kutaisidə baş tutacaq oyunu macarıstanlı hakimlər idarə edəcəklər. Oyunun baş hakimi Mihali Kapray olacaq.
“Zirə” bu rəqibinə Sumqayıtda keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gəlib. Bu üzdən də Rəşad Sadıqovun komanda mərhələ adlamağa daha yaxındır.
“Zirə” növbəti mərhələyə vəsiqə qazansa, “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
16 iyul
20:00. Torpedo – Zirə
Baş hakim: Mihali Kapray (Macarıstan).
Kutaisi. Ramaz Şengeliya stadionu.
