“Beşiktaş” Duşan Vlahoviçə 24 saat vaxt verib. Serb hücumçu ilə müqavilə bağlamaq istəyən İstanbul təmsilçisi təkliflərinə qəti münasibət bildirilməməsindən narahatdır.

Futbolinfo.az xəbər verir ki, “Yuventus”dan ayrılan forvard azad agentdir. Bu səbəbdən onun bir neçə müştərisi var. Amma 26 yaşlı oyunçu seçim etməyə tələsmir. Türkiyə klubu da məhz bündün narazıdır. Komanda heyətini müəyyənləşdirmək istəyir və hücumda bir nömrəli namizəd olan Vlahoviçin yekun qərarını gözləyir.

Turin klubunun yeni müqavilə təklifini rədd edən Duşan Avropanın aparıcı liqalarında oynamaq istəyr. Hücumçunun əsas arzusu isə “Barselona”dır. Robert Levandovskinin yerinə layiqli namizəd axtaran katalonlar Vlahoviçə də maraq göstərir. O, İspaniya nəhənginn yekun qərarından sonra digər variantlara yönəlmək niyyətindədir.

Shares: