“Real” yayda ilin rekord transferini həyata keçirə bilər. Bunun üçün yalnız “Bayern”in razılığı lazımdır.

Futbolinfo.az xəbər verir ki, madridlilər Maykl Oliseni transfer etmək arzusundan əl çəkməyib. Almaniya nəhəngi heç bir halda fransalı oyunçusunu satmayacağını bəyan etsə də, vəziyyət dəyişib.

İş ondadır ki, 24 yaşlı cinah hücumçusu İspaniya təmsilçisinə keçməyi arzulayır. Maykl dünya çempionatından sonra münhenliləri onu satması üçün razı salmağa çalışacaq. 24 yaşlı oyunçu dünyanın ən yaxşı klubunda oynamaq niyyətindədir.

“Real” oyunçunun menecerlərindən bu barədə məlumat aldıqdan sonra “Bayern”ə rəsmi təklif göndərmək niyyətindədir. 150 milyon avroluq ilk təklifi geri çevirən almanların nə qədər təzminat tələb edəcəyi maraq doğurur.

Shares: