UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Vestri” (İslandiya) – “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə bunları deyib:

“Komandamız oyuna tam hazırdır. Həm rəqibi artıq yaxından tanıyırıq, həm də oyunumuzu analiz etmişik. Düzdür, uzun yol qət etmişik, yorğunluq oldu. Buna baxmayaraq, inanıram ki, futbolçular sabah matça tam hazır olacaqlar və özlərini yaxşı motivasiya edəcəklər. Hava durumu da əlverişlidir, əsl futbol havasıdır”.

Shares: