Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında mübarizə aparacaq.
Futbolinfo.az federasiyaya istinadən xəbər verir ki, yarış iyulun 18–25-də İtaliyanın Arco şəhərində yerləşən “Rock Master Climbing Stadium”da təşkil olunacaq.
Bu çempionat gənc idmançılar üçün dünyanın ən nüfuzlu beynəlxalq yarışlarından biridir və U-17 və U-19 yaş kateqoriyaları üzrə Boulder, Lead və Speed növləri üzrə təşkil olunur.
Dünya gənclər çempionatında təxminən 60 ölkədən 650-yə yaxın idmançı iştirak edəcək.
