Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi Kosovonun “Malişeva” komandası Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda Albaniyanın “Vlajniya” komandası ilə ev oyununda 5:0 hesablı qələbəyə sevinib.
Səfərdəki ilk oyunda 1:2 hesabıyla uduzmuş Kosovo təmsilçisi növbəti raunda yüksəlib.
İsgəndərli cavab görüşünə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. O, 45+2-ci dəqiqədə vurduqları qolda məhsuldar ötürmə müəllifi olubsa, 46-cı dəqiqədə sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.
