UFC-nin keçmiş iki çəki dərəcəsi üzrə çempionu Konor Makqreqor Maks Holloueylə döyüşünün baş tutmamış hesab edilməli olduğunu düşünür.
İrlandiyalı döyüşçü Las-Veqasda keçirilən UFC 329 turnirində amerikalı Maks Holloueyə qarşı ilk raundda ayağından zədə aldığı üçün texniki nokautla məğlub olub. Bundan sonra Makqreqor sosial şəbəkə hesabında döyüşün nəticəsinin ləğv edilməli olduğunu bildirib: “Sabah ayağımla bağlı MRT müayinəsinin nəticələrini alacağam. Hesab edirəm ki, döyüş baş tutmamış sayılmalı və bütün mərc pulları geri qaytarılmalıdır”.
Qeyd edək ki, rəqiblər arasında ilk qarşılaşma 2013-cü ildə baş tutmuşdu. Həmin döyüşdə Konor Makqreqor hakimlərin yekdil qərarı ilə qələbə qazanmışdı.
