Zinəddin Zidan gələn həftə rəsmən işə başlayacaq. Fransa millisinin baş məşqçisi postunda Didye Deşamı əvəz edəcək sabiq yarımmüdafiəçinin təyinatı cümə axşamı və ya cümə günü elan olunacaq.
Futbolinfo.az xəbər verir ki, dünya çempionatında İngiltərəyə qarşı 3-cülük matçından sonra postunu tərk edəcək Deşamın xələfi çoxdan bəlli idi. Sadəcə, mundalın bitməsi gözlənilirdi. Didye bundan sonra fəaliyyətini klubda davam etdirmək niyyətindədir.
Zidanla müqavilənin bəzi detalları da bəllidir. Onun 3 və ya 4 illik anlaşmaya imza atacağı gözlənilir. Zizu aya 300 min (+150 min bonus) avro maaş alacaq.
