Şotlandiyanın “Seltik” klubu “Sabah”ın futbolçusu Aaron Maludanı transfer etmək istəyir. Bu bu barədə “scotsman.com” saytı məlumat yayıb.

Xəbərdə Qlazqo təmsilçisinin 20 yaşlı vingeri heyətinə qatmaqda israrlı olduğu bildirilir. Təsadüfi deyil, “Seltik” Maluda üçün 2 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.

Fransalı futbolçu ötən ilin yayından “Sabah”da çıxış edir. O, “bayquşlar”la 31 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Seltik” bir müddət əvvəl “Qarabağ”dan Kamilo Duranı 5,5 milyon avroya transfer edib.

Shares: