Konstantinos Mavropanos “Vest Hem”dən ayrılır. Yunan müdafiəçi tezliklə yeni kluba keçəcək.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı oyunçu İngiltərə Premyer Liqasında qalmaq istəyir. Bu səbəbdən o, Dortmund “Borussiya”sının təklifini rədd edib. “Arsneal”ın da maraq göstərdiyi Mavropanosun əsas müştərisi isə “Lids”dir. “Topçular” keçmiş oyunçusuna yalnız ehtiyat variant kimi baxır, əvəzində yorkşirlilər “Vest Hem”ə rəsmi təklif göndərib.

Oyunçunun hazırkı klubu ilə 2028-ci ilin yayınadək müqaviləsi var. 3 il öncə “Ştutqart”dan 20 milyon avroya alınan Konstantinosun hazırkı dəyəri 30 milyondur. “Lids” qiymtdə güzəştə nail olsa, transferi reallaşdıracaq.

Shares: