Formula 1-də mübarizə aparan “Red Bull” komandasının pilotu İsak Hacar Belçika Qran-prisində güc qurğusunun dəyişdirilməsinə görə yarışa sonuncu yerdən başlayacaq.

Fransa təmsilçisinin bolidinə yeni mühərrik quraşdırılacağı üçün o, təsnifat mərhələsinin nəticəsindən asılı olmayaraq start düzümünün sonuna göndəriləcək. Hacar bildirib ki, bazar günü geridən irəliləmək maraqlı olacaq.

Bundan əvvəl isə “Maklaren” komandası hazırkı dünya çempionu Lando Norrisin Belçika Qran-prisində 10 yer cəriməsi alacağını da açıqlamışdı. Buna komandanın Lando Norrisin MCL40 bolidində mövsüm üzrə elektron idarəetmə blokları limitini aşması səbəb olub.

Shares: