Azərbaycanlı idmançılar Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışına qatılıblar.

Bu barədə Futbolinfo.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

“Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışında gənc idmançılarımızdan Əli Rzazadə qızıl, Riad Abbaszadə isə bürünc medal qazanıblar”, – nazirlikdən bildirilib.

Shares: