“Bayer” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Hoffenhaym”dan Luka Erlaynı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı futbolçu üçün 2 milyon avro təzminat ödənilib. 19 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Almaniya U-19 millisinin üzvü olan Luka Erlayn “Hoffenhaym”ın ikinci komandasında çıxış edirdi.

Shares: