“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze “Səfa” ilə yoxlama oyunundan (1:1) sonra fikirlərini bildirib.
Gəcrübəli mütəxəssis matçı və ümumi hazırlığı dəyərləndirib: “Komandaya yeni futbolçular cəlb olunub və onların adaptasiyası üçün bir qədər vaxt lazımdır. Yeni transferlərimizdən Meşak ilk oyununa çıxdı. Düşünürəm ki, onun potensialı böyükdür. Keyfiyyətli futbolçudur və inanıram ki, bizə çox köməyi dəyəcək. Hazırda komandanı yaratmaq mərhələsindəyik”.
Sxadadze transfer istəyir: “Bəzi yeni oyunçuların yolunu gözləyirik. Ən vacibi odur ki, hamı səylə çalışır. Məqsədimiz transferləri tez bitirib komandanı formalaşdırmaqdır. Yeni gələnlər oyun üslubumuza öyrəşməlidirlər. İkinci hissədə 9 nəfəri əvəzlədik. Gənclərə özlərini göstərmək imkanı yaratdıq. Bəziləri özlərini yaxşı tərəfdən göstərdilər, bəziləri isə təəssüf ki, hələ Premyer Liqa səviyyəsinə hazır deyillər. Amma işləyirlər və məşqlərə ciddi yanaşırlar”.
