Yaponiya millisinin və Şotlandiyanın “Seltik” klubunun hücumçusu Daizen Maeda karyerasını İngiltərədə Premyer Liqasında davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, “İpsviç Taun” 28 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzaladığını rəsmən açıqlayıb.
Transferin məbləği 10 milyon funt sterlinq təşkil edib.
Daizen Maeda 2022-ci ildən “Seltik”in formasını geyinirdi. O, 2024/2025 mövsümündə bütün turnirlər daxil olmaqla 54 oyunda meydana çıxaraq 17 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
