Azərbaycan avarçəkənləri İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatında mübarizə aparacaq.

Bu barədə Futbolinfo.az Azərbaycan Su İdman Növləri Federasiyasından bildirilib.

Qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Qeyd edək ki, iyulun 31-dən avqustun 2-nə qədər təşkil olunacaq turnirdə komandaya federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev rəhbərlik edəcək.

Shares: