Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Azər Məmmədovun rəhbərlik etdiyi komanda Qəbələ şəhər stadionunda Qətərin 2-ci liqa təmsilçisi “Əl-Xaraitiyat” klubu ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.
“Kəpəz” buna qədər “Şamaxı” və “Sumqayıt”la qüvvəsini sınayıb. Hər iki oyun qolsuz heç-heçə ilə başa çatıb.
